Məzmuna keç

Sumqayıtda pirotexniki vasitələrın satıldığı anbar aşkar edilib –

Sumqayıt şəhər və Qaradağ rayon polis idarələrinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində birgə tədbir keçirilib.

E-huquq.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, tədbir zamanı Sumqayıt şəhəri ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən 1 nəfər şəhər sakini müəyyən olunaraq saxlanılıb. Ona məxsus anbardan ümumilikdə 10 min ədəddən çox yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.

Sumqayıt ŞPİ-də araşdırmalar davam etdirilir