Məzmuna keç

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın oldu

Bakı şəhərinin Xətai rayonunda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən e-huquq/az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd qoruyucu açar və 4 p.m elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.