Ağcabədi rayonunda avtomobil iki piyadanı vurub, ölən və xəsarət alan var.
E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Belə ki, Turqut Vüqar oğlu Quluzadənin idarə etdiyi "LADA Priora" markalı avtomobil Ağcabədi-Ağdam yolunun 1-ci kilometrində, Ağcabədi rayonunun Ağabəyli kəndi ərazisindən keçən hissəsində piyadalar – 2016-cı il təvəllüdlü Hüseyn Yolçu oğlu Əlizadə və 1986-cı il təvəllüdlü Xədicə Arif qızı Əliyevanı vurub. Nəticədə X.Əliyeva xəsarət alıb, H.Əlizadə isə hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
