Məzmuna keç

Şəmkirdə 51 yaşlı kişi bıçaqlandı

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə Regional qrupundan e-huquq.az-a verilən məlumata görə,

rayonun Dəllər Cırdaxan kənd sakini, 1973-cü il təvəllüdlü Elsevər Ələkbərli mübahisə zəminində bıçaqlanaraq ağır xəsarətlər alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Şəmkir sakininə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub. Hadisəni törətməkdə şübhəli bilinən şəxs 2007-ci il təvəllüdlü Ü.Cəfərovdur.

Qeyd edək ki, hadisə toy mərasimində şəxsi münasibətlər zəminində olub.