Məzmuna keç

Sabirabadda məktəbdə yanğın baş verdi

Sabirabadda məktəbdə yanğın olub.

FHN-dən e-huquq.az-a verilən xəbərə görə, Sabirabad rayonunun Qaraqaşlı kəndində orta məktəb binasının birmərtəbəli korpusunun ümumi sahəsi 500 m² olan idman zalında 4 ədəd idman döşəyi qismən və döşəməsi 2 m² sahədə yanıb. İdman zalının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.