Məzmuna keç

Rusiyada bir ailə dəm qazından ölüb

Rusiya Federasiyasının Tula vilayətindəki evdə qaz sızmasından ailənin bütün üzvləri ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Hadisə zamanı üç nəfərin meyiti evdə aşkarlanıb.

Müstəntiqlər ölümün ilkin səbəbinin dəm qazından olduğunu güman edirlər.

Hadisənin baş vermə şəraiti araşdırılır.