"Gec-tez Ermənistan rəhbərliyi məsuliyyətə cəlb ediləcək" - Kamran Əliyev


  • 29 Oktyabr 2020 11:49

"Tam əminliklə deyə bilərəm ki, Azərbaycan hər dəfə döyüşlərdə uğurlar əldə etdikcə, Ermənistan hakimiyyəti bizim dinc insanlara qarşı terror törətməyi əmr edir".

E-huquq.az xəbər verir ki, bu sözləri Bərdədə olan Baş Prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, bu günə kimi dünyada heç bir belə əməl cavabsız qalmayıb: "Ermənistanın bu cür əməllərinə qarşı cavab veriləcək və onlar gec-tez məsuliyyətə cəlb ediləcəklər".

K.Əliyev onu da əlavə edib ki, hazırda Bərdədə prokurorluq əməkdaşları işləyirlər. Bütün faktlar toplanır.

Oxşar xəbərlər