Bakı sakinini aldadaraq 43 min dollarını alan qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini A.İsmayılov cari il yanvar ayının 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılıb 43 min ABŞ dollarının alındığını bildirib.
Müraciətlə əlaqədar Səbail Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Əməliyyat-axtarış tədbirləri ilə L.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb. Onun cari ilin mart ayında Bakı şəhər sakini olan daha bir qadını aldadıb 4 min manatını alması da müəyyən edilib.
