Məzmuna keç

Xanlar Vəliyev: “Hərbi məhkəmələrin hökm və qərarlarından verilmiş protestlərin 53 faizi təmin olunub”

Xanlar Vəliyev: “Hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 53 faizi təmin olunub”

“Hesabat dövründə dövlət ittihamının müdafiəsi üzrə şöbə tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 53 faizi təmin olunub”.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev əməliyyat müşavirəsində deyib.

“Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılmasında, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınmasında müsbət rolu olan səyyar məhkəmə iclaslarının keçirilməsi təşəbbüsü ilə dövlət ittihamçıları tərəfindən məhkəmələrə çoxsaylı vəsatətlər verilsə də, onlardan yalnız 4-ü təmin edilib ki, bu da qənaətbəxş hesab olunmadığı üçün bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi nəzərdə tutulur”, deyə, X.Vəliyev bildirib.