Məzmuna keç

Azərbaycanda 4 istirahət məkanında qayda pozuntusu aşkarlandı

Azərbaycanda 4 istirahət məkanında qayda pozuntusu aşkarlandı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, bu cür tədbirlər nəticəsində Lənkəran şəhərində dənizkənarı ərazilərdə fəaliyyət göstərən “Həsirli”, “Panorama”, “Meduza”, “Dağlaroğlu”adlı istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar edilib.

Ərazinin zibillənməsi halları ilə bağlı R.Zamanov, N.Məmmədov, F.Məmmədov, R.Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir