“Vəkillər Kollegiyası ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində çox mühüm əhəmiyyət kəsb edir”.
E-huquq.az-ın xəbərinə görə, bunu Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov deyib.
O bildirib ki, məhkəmə icraatının effektivliyi, məhsuldarlığı vəkillik institutundan çox asılıdır: “Vəkillik institutunun son dövrdə çox ciddi inkişafı, burada aparılan islahatlar təbii ki, ədalət mühakiməsinin səmərəli təşkilinə öz müsbət təsirini göstərəcək”.
