Məzmuna keç

Hacıqabulda qadından odlu silah götürülüb

Hacıqabulda qadından odlu silah götürülüb

Hacıqabulda qadının evindən tüfəng tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini G. İsrafilovanın yaşadığı evə baxış zamanı 1 ədəd müvafiq sənədləri olmayan “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.