Məzmuna keç

Baş Prokurorun müavini: “Məhkəmə-hüquq islahatlarında hər bir Azərbaycan vətəndaşı yaxından iştirak etməlidir”

Baş Prokurorun müavini: “Məhkəmə-hüquq islahatlarında hər bir Azərbaycan vətəndaşı yaxından iştirak etməlidir”

“Sözsüz ki, dövlətin həyata keçirdiyi məhkəmə-hüquq islahatlarında hər bir Azərbaycan vətəndaşı yaxından iştirak etməlidir”.

E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorun müavini Namiq Əsgərov deyib.

Onun sözlərinə görə, hər bir vətəndaş öz mövqeni bildirib, təkilflərini verməlidir: “Bunun əsasında da ölkə rəhbərliyi tərəfindən bütün həmin təkliflər təhlil olunaraq, yekun qərar qəbul olunur”.

N.Əsgərov vəkil-prokurorluq münasibətlərinə də toxunub: “Bildiyiniz kimi, vəkil – “advokat” sözü latın sözü olub. Mənası çağrılma, yəni çətinə düşəndə çağrılma, kömək istənilən şəxs mənasını verir. Vəkil hüquqi əsgərdir. Prokuror sözü də mənşəcə latın sözü olub. Mənası qayğı göstərən deməkdir. Yəni hər iki qurumun da fəaliyyəti normativ aktlarla tənzimlənir. Eyni zamanda da Avropa Şurası Nazirlər Kabinetinin tövsiyələrinə əsasən, həm vəkilliyin, həm də prokurorluğun rolu müəyyən edilib. Prokurorluğun rolu Avropa Şurası Nazirlər Kabinetinin 6 oktyabr 2000-ci il tarixli tövsiyəsində müəyyən edilib. Orada göstərilib ki, prokurorluq dedikdə bir tərəfdə insan hüquqları, digər tərəfdə isə cinayət müahakimə icraatının prespektiv həyata keçirilməsinin zəruriliyi nəzərə alınaraq, cəmiyyətin adından və onun mənafeyi naminə qanunla cinayət hesab edilmiş əməllərlə əlaqədar qanunvericilik icrasının nəzarət qismində səlahiyyət başa düşülür.

Vəkilliyin rolu haqqında Birləşmiş Millətlər Təşkilatının əsas prinsiplərinə görə, vəkillər hər zaman vəkillik peşəsinin şərəfli və ləyaqətini qoruyan ədalət mühakiməsinin əsas təmsilçiləridir. Beləliklə, həm prokuroluq, həm də vəkillik adı və mahiyyəti etibarı ilə insanlara xidmət, insan hüquqlarını və azadlıqlarının müdafiəsinə yönəlmişdi. Hazırda dünyada 5 milyona yaxın vəkil fəaliyyət göstərir. Qeyd olunduğu kimi, Azərbaycanda vəkillərin sayı 1500 nəfərdir. Bu baxımdan prokurorluq vəkillikdən geri qalır. Prokurorluq işçilərinin sayı 1200-ə qədərdir”.