Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisası üzrə III kurs tələbələri Avropa İnsan Hüquq və Azadlıqları haqqında Konvensiyasının ayrı-ayrı müddəalarının pozulması üzrə Avropa insan Hüquqları Məhkəməsinin simulyasiyasını təşkil ediblər.
E-huquq.az-ın xəbərinə görə, bu barədə Akademiyanın ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, “Beynəlxalq hüquq” fənnini tədris edən dosent Samirə Eyvazovanın rəhbərliyi ilə təşkil olunan simulyasiyada Avropa İnsan Hüquqları haqqında Konvensiyanın 3, 6, 34, 35-ci maddələri və 1 nömrəli Protokolun 1-ci maddəsinin pozulması ilə bağlı işlərə baxılıb.
Məhkəmə simulyasiyasında bütün tələbələr fəal iştirak ediblər.
