Bələdiyyələr bina sakinlərindən vergi tələb edə bilərmi?


  • 17:47

"Əgər vətəndaşın mülkiyyətində mənzil yaşayış sahəsi varsa, bu bələdiyyələr tərəfindən əmlak vergisinə cəlb edilə bilər".

E-huquq.az xəbər verir ki, bunu vəkil Turan Abdullazadə deyib.

"Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən, fiziki şəxslərin yaşayış sahələri vergitutma obyekti olduğu halda, yalnız 30 kvadrat metrdən artıq olan hissədən vergi tutulur. Yəni şəxsin mənzilinin 30 kvadrat metrdən az hissəsi əmlak vergisindən azaddı”, - vəkil bildirib.

T.Abdullazadənin sözlərinə görə, pensiyaçılara, müddətli həqiqi hərbi xidmət qulluqçuları və onların ailə üzvlərinə, müharibə əlillərinə, şəhid ailələrinə, əmlak vergisi üzrə 30 manatlıq güzəşt olunur.

O deyib ki, sənətkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin emalatxana binaları da əmlak vergisindən azaddır.

"Beləliklə, yaşayış binalarında yaşayan vətəndaşlardan əmlak vergisi bələdiyyələr tərəfindən tələb oluna bilər. Lakin bələdiyyələr tərəfindən tələb edilən ödənişin qanuni və hüquqi əsası olmalıdır, düzgün hesablanmalı, həmçinin vətəndaşa vergi ilə bağlı əvvəlcədən bildiriş göndərilməlidir", - T.Abdullazadəqeyd edib.

Vəkil son olaraq xatırladıb ki, vətəndaşların həmin ödənişin məbləğini və qanuniliyini sorğulamaq və lazım gəldikdə buna etirazını bildirmək hüququ var.

Humay Eminqızı

Oxşar xəbərlər