- 27 Yanvar 16:28
Hərbi xidmətə çağırılmadan əvvəl möhlət hüququ əldə etmək, bir çox gənc üçün olduqca vacib bir məsələdir. Xüsusilə təhsilini davam etdirmək istəyən tələbələr üçün bu hüquq, akademik fəaliyyətlərini tamamlamalarına imkan yaradır. Lakin bəzi tələbələr, akademik borcları (kəsirləri) olduğu halda, onlara hərbi xidmətdən möhlət verilməli olduğunu düşünürlər. Bəs qanunvericilik bu məsələyə necə yanaşır? Akademik borca görə hərbi xidmətdən möhlət hüququ almaq mümkündürmü?
E-huquq.az xəbər verir ki, vəkil Turan Abdullazadə bu suala aydınlıq gətirib.
O bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında”qanunvericiliyə əsasən, əyani təhsil alma formasında bakalavriat, magistratura, rezidentura və doktoranturada təhsil alanlara təhsilini bitirənə qədər hərbi xidmətdən möhlət verilir: “Yəni təhsil müddətini bitirdikdən sonra yığılmış akademik borclara görə, əlavə möhlət hüququ nəzərdə tutulmayıb”.
T. Abdullazadənin sözlərinə görə, akademik borcu olan şəxs artıq təhsil alan sayılmır, təhsil müddəti bitib: “Buna görə də kəsiri olan tələbələrin hərbi xidmətdən möhlət hüququ yoxdur”.
Humay Eminqızı