- 18 İyun 17:10
Ailə Məcəlləsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Lakin bəzi hallarda valideynlərin aliment öhdəliklərinə xitam verilir.
E-huquq.az-ın məlumatına görə, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilən hallar aşağıdakılardır:
- uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;
- aliment ödənilən uşaq övladlığa götürüldükdə;
- aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;
- aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;
- əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.