Sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri üzrə norması nə qədərdir?


  • 3 Noyabr 2020 11:21

Əvvəllər Mənzil sahəsinin nomrası Köhnə Mənzil Məcəlləsinə əsasən təyin edilirdi. Köhnə Mənzil Məcəlləsinə əsasən bu norma 12 kvadratmetr idi. Lakin daha sonra Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 153 saylı fərmanına əsasən yeni normaların təyin edilməsi barədə fərmanın icrasını Nazirlər Kabinetinə tapşırılmışdı.Nazirlər Kabineti 2019-cu ildə 459 saylı qərarına əsasən həmin norma 12 kv-dən 16 kv-qaldırıldı. Artıq yeni qayda 16 kv təşkil edir.

-Mənzil Məcəlləsi (Qüvvədən Düşüb).

Maddə 40. Mənzil sahəsi norması.

Azərbaycan SSR-də mənzil sahəsi norması adambaşına 12 ( on iki) kvadratmetr müəyyən edilir.

-“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 27 avqust 2009-cu il, № 153 Fərmanı.
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 1.3.4. həmin Məcəllənin 49.2-ci maddəsində nəzərdə tutulmuş sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

-Nazirlər Kabinetinin Qərarı. 27 noyabr 2019-cu il, № 459. Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında.

“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanının 1.3.4-cü yarımbəndinə əsasən
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.

- Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.

Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması.
49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Rahim Abıyev

Hüquqşünas

Oxşar xəbərlər