Məhkəmədə iddia qaldırma müddətləri necə tənzimlənir?


  • 18 İyun 2021 13:56

Məhkəmədə mülki işlərə başlamaq üçün qanunvericilikdə müddətlər nəzərdə tutulur. Bu müddətlər hər hansı hüquqi faktın baş verməsiylə bağlıdır. İddia müddəti isə hüquqi faktın baş verməsinin tərəfə məlum olduğu andan başlayır.

E-huquq.az xəbər verir ki, qanunvericilikdə aşağıdakı iddia müddətləri nəzərdə tutulur:

Mülki məsələlər barədə ümumi iddia müddəti - 10 il, müqavilə tələbləri üzrə - 3 il;

Daşınmaz əşyalarla bağlı müqavilələrdə - 6 il;

Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə - 3 il.

Xüsusi müddət nəzərdə tutan, həmçinin müddət tətbiq olunmayan mülki məsələlər, ailə məsələləri barədə iddia müddəti:

Pozulmuş hüquqların müdafiəsi üçün Ailə Məcəlləsində müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. Keçmiş ər-arvad bir birinə qarşı əmlak tələbini nikah pozulduğu gündən 3 il müddətinə qaldıra bilər.

Qeyd edək ki, əmək mübahisələri və inzibati mübahisələr üzrə pozuntudan asılı olaraq, fərqli müddətlər tətbiq olunur. Bu müddətlər 3 gündən başlayaraq, bir neçə illərə qədər ola bilər.

Sevgül Qasımzadə

Oxşar xəbərlər