Valideynlər arasında aliment razılığı olmadıqda məhkəmə hansı qərarı verir?


  • 2 Sentyabr 2021 17:10

Valideynlər arasında aliment barədə razılıq olmadıqda məhkəmə qaydasında uşaqlar üçün aliment tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1-ci maddəsi ilə tənzimlənir.

E-huquq.az xəbər verir ki, əgər valideynlər arasında belə bir razılıq yoxdursa, məhkəmə tərəfindən bir uşağa görə qazancın və eyni zamanda digər gəlirlərin dörrdə bir hissəsi, iki uşağa görə qazancın və digər gəlirlərin üçdə bir hissəsi, daha çox uşaqlara görə isə qazancın və digər gəlirlərin yarısı aliment kimi hər ay tutula bilir.

Bundan əlavə məhkəmə tərəfindən başqa bir qaydada, yaşayış minimumunu əsas götürməklə aliment tutula bilər. 2021-ci il üzrə "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilib. Əgər məhkəmə tərəfindən Ailə Məcəlləsi deyil, sözügedən qanun əsas götürülərsə, o zaman uşaqlar üçün 175 manat məbləğində aliment tutula bilər.

Oxşar xəbərlər