Terror barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb


  • 14:15

Azərbaycanda terror barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Vitaliy Zabolotskiy barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

Baxış iclası 3 noyabr tarixinə təyin edilib.

Qeyd edək ki, Vitaliy Zabolotskiyə AR Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham irəli sürülüb.

Həmin maddənin sanksiyasında 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Humay Eminqızı

Oxşar xəbərlər