Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinə hakimlər təyin ediləcək


  • 16:25

Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinə hakimlər təyin ediləcək.

E-huquq.az xəbər verir ki, bununla bağlı Milli Məclisə müvafiq sənəd layihəsi daxil olub.

Belə ki, Bakı Apellyasiya Məhkəməsinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlu Ağalarov, Bakı İnzibati Məhkəməsinin hakimləri - Mədətli Fərid İlham oğlu, Sevdimalıyeva Günel Arif qızı, Həmid Azər oğlu Ağalarov, Sabunçu Rayon Məhkəməsin sədri Qasımov Vidadi Kamal oğlunun təyin edilməsi təklif olunur.

Bundan əlavə, iclasda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Əkrəm Sabir oğlu Qəhrəmanov və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Tural Nurulla oğlu Məmmədovun Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi müzakirə ediləcək.

Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Adilxan oğlu Xəlilovun vəzifəsinin dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi müzakirə olunacaq.

Qeyd edək ki, layihə parlamentin oktyabrın 24-də keçiriləcək iclasda müzakirə olunacaq.

Oxşar xəbərlər