- 18:34
“QHT işi” üzrə ittiham olunanlardan biri - "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işinin məhkəmə hazırliq iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosedə təqsirləndirilən QHT rəhbərinin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra taqsirləndirilən səxsin müdafiəçisi müdafiə etdiyi şəxs barəsində cinayət işinə xitam verilməsi ilə bağli vəsatət təqdim edib.
Məhkəmə vəsatəti əsassız hesab edərək təmin etməyib.
Cinayət işinin məhkəmə baxışısına verilməsi ilə bağlı qərar elan edilib.
Məhkəmənin növbəti iclası 5 noyabr tarixinə təyin edilib.
Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Humay Eminqızı