Məhkəmə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu ortaya çıxardı


  • 16:53

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham edilən Fariza Ramaldanovanın cinayət işinə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında müəyyən edilib ki, təqsirləndirilən şəxsin Azərbaycan dilini kifayət qədər bilməməsinə baxmayaraq, ibtidai araşdırma zamanı onun tərcüməçi ilə təmin olunması və prosessual sənədlərin bildiyi dilə tərcümə edilərək təqdim edilməsi təmin edilməyib.

Məhkəmə hesab edib ki, bu hallar təqsirləndirilən şəxsin müdafiə hüququnun, habelə məhkəmə icraatının aparıldığı dili bilməyən şəxsin ana dilindən və ya tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulmasına səbəb olub. Bununla əlaqədar məhkəmə cinayət işinin məhkəmədə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edib.

İttihama əsasən, 14 dekabr 2025-ci il tarixdə Qusar rayonu ərazisində Ramaldanova Farizanın idarə etdiyi avtomobilin yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iki sərnişin həlak olub, bir sərnişin isə sağlamlığına az ağır zərər vurmaya aid xəsarət alıb.

Oxşar xəbərlər