- 16:53
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 13 il, onunla birgə ittiham olunan Anar Abdullayev isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
E-huquq.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub.
Xatırladaq ki, məhkəmənin ötən iclaslarının birində dövlət ittihamçısı Anar Məmmədlinin 14 il, Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Anar Abdullayev də həmin il aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci (qanunsuz sahibkarlıq – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci, 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma – mütəşəkkil dəstə halında törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq),213.2.1-ci (vergidən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə), 320.1, 320.2-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham olunublar.