Azərbaycan məhkəmələrində sahibkarlar üçün hansı imkanlar yaradılıb?


  • 10 Sentyabr 2020 17:34

"Məhkəmələrdə kiçik iddialar üzrə sadələşdirilmiş icraatın yaradılması vaxt və xərc baxımından çox əhəmiyyətlidir".

E-huquq.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin onlayn müzakirəsi zamanı nazirliyin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun üzvü Xəyyam Bayramov deyib.

O bildirib ki, hazırda sahibkarlar üçün 10 min manatadək olan iddia mübahisələrində məhkəməyə gəlmədən elektron kabinet vasitəsilə iddia qaldırmaq, eyni zamanda proses keçirilmədən yalnız tərəflərin təqdim etdiyi sənəd əsasında işə baxılma imkanı yaradılıb: "Əlbəttə ki, əgər işə baxılması zamanı şahidlərin dindirilməsi və digər hallar zəruri olarsa, hakim icraat qaydasını dəyişə bilər. Eyni zamanda sahibkarların vaxtına qənaət etmək üçün də müəyyən vaxt standartları təyin olunub. Digər tərəfdən işlərin elektron məhkəmə sistemi vasitəsilə təsadüfi və avtomatik bölgüsü də məhkəməyə inamı artırır".

X. Bayramovun sözlərinə görə, pandemiya dövrü ilə əlaqədar distant məhkəmələrin keçirilməsi də sahibkarlara böyük fayda verir: "Sahibkarların videogörüntü vasitəsilə məhkəmə prosesinə qoşulması üçün həm vaxt, həm də maddiyyat baxımından əlavə sərfiyyatın qarşısını alır".

Xəyalə Bünyatova

Oxşar xəbərlər