Azərbaycanda qadın hakimlərin sayı açıqlandı


  • 29 Dekabr 2020 16:12

Əvvəlki illərlə müqayisədə dövlətin idarə olunması və qərarların qəbul edilməsində qadınların təmsilçiliyində irəlilkəyişlər əldə olunub.

E-huquq.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında əksini tapıb.

Sənədə əsasən, 2005-ci ildə üçüncü çağırış Milli Məclisdə qadınlar 14 nəfər (11,2 %) təşkil edirdisə, 2020-ci ildə altıncı çağırış parlamentdə 22 nəfər ( 18,2 %) olub. Qanunverici orqanın sədri qadın seçilib.

Bundan başqa, 1 nəfər qadın nazir vəzifəsinə təyin edilib, nazir müavini olan qadınların sayı 3 nəfərdən 8 nəfərə yüksəlib, 3 nəfər səfir və bir nəfər konsul qadındır.

Əksər yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır. 2013-cu ildə bu rəqəm 35 nəfər idisə, hazırda 76 nəfərə çatıb.

Məhkəmələrdə hakim qadınların sayı 78 nəfərdir, yəni 14 % təşkil edir.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə hazırlanan hesabat Milli Məclisin sabah keçiriləcək iclasında dinləniləcək.

Oxşar xəbərlər