Azərbaycanda məhkəmə şəhidin övladına bəraət verdi


  • 31 Mart 2021 15:37

Tərtər Rayon Məhkəməsində Vətən müharibəsi dövründə şəhid olmuş Vasif Rüstəmzadənin oğlu Rüstəm Rüstəmzadənin cinayət işi üzrə keçirilən məhkəmə prosesi başa çatıb.

Bu barədə e-huquq.az-a R.Rüstəmzadənin vəkili Vüsal Səfərov məlumat verib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 234.2 ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham olunan R. Rüstəmzadənin əməlində cinayət tərkibi olmadığı üçün barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, R. Rüstəmzadə oktyabrın ayının 15-də Ermənistan hərbi qüvvələrinin Tərtərin 400 metrliyində yerləşən məzarlığı atəşə tutması nəticəsində həlak Vasif Rüstəmovun oğludur. Hadisə zamanı cənazə mərasimində iştirak edən dörd mülki vətəndaş – 31 yaşlı Pərviz Orucov, 32 yaşlı Şakir Zamanov, 60 yaşlı Vasif Rüstəmov, 53 yaşlı İsgəndər Əmirov öldürülüb.

Bir Vəkil Vusal Səfərov dahil 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir

Xəyalə Bünyatova

Oxşar xəbərlər