Hakimliyə namizədlərin nəzərinə!


  • 31 Mart 2021 17:16

Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək.

E-huquq.az-ın məlumatına görə, Hakimlərin Seçki Komitəsindən bildirilib ki, test imtahanında müvəffəqiyyət qazanmış hakimliyə namizədlərlə yazılı imtahan aprel ayının 9-da, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcək.

Namizədlər «İmtahana buraxılış vərəqəsi»ni Məhkəmə-Hüquq Şurasının İnternet saytı vasitəsilə (jlc.gov.az) elektron qaydada əldə edə bilərlər.

İmtahan COVİD-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcək. İmtahan yerinə saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən şəxsiyyət vəsiqəsi və «İmtahana buraxılış vərəqəsi» mütləq təqdim edilməlidir. Əks təqdirdə namizəd imtahana buraxılmayacaq.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

Oxşar xəbərlər