Məzmuna keç

“Məhkəmə korpusu ilə vəkillik arasında formalaşdırdığımız sağlam dialoq öz bəhrəsini növbəti illərdə də verəcək”

"Vəkillik institutunda son illər aparılan islahatların müsbət nəticələri göz qabağındadır".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, hakim Sənan Hacıyev "Vəkil günü" ilə bağlı təbrikində bildirib.

O, vəkilliyin həm keyfiyyət, həm də kəmiyyət göstəricilərinin yüksələn xəttlə inkişafının sevindirici olduğunu deyib: "Ümid edirəm ki, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə, bu sahədə şəffaflığın artırılmasına, habelə vətəndaşların hüquqlarının etibarlı müdafiəsinin təminatı baxımndan əhəmiyyətli olan məhkəmə korpusu ilə vəkillik arasında formalaşdırdığımız sağlam dialoq öz bəhrəsini növbəti illərdə də verəcəkdir".

"Hörmətli vəkillər! Sizə can sağlığı, professional fəaliyyətinizdə uğurlar arzu edirəm. Fürsətdən istifadə edərək, Sizi həmçinin qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə təbrik edirəm", – deyə S. Hacıyev qeyd edib.