Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 17 May 2023 18:42

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Kamran Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Fərid Namazovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən il noyabrın 15-də Yasamal rayonu ərazisində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Muradov Kamran Elçin oğlu tanışı 1991-ci il təvəllüdlü Məmmədov Ümid Seyidağa oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra K.Muradov bıçaqla onun baş, boğaz və kürək nahiyələrinə zərbələr endirib və hadisə yerindən qaçıb. Yaralı M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəsini törətməkdə şübhəli bilinən K.Muradov saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər