Dövlət Dömrük Komitəsi "Babək" firmasına cərimə yazıb.
E-huquq.az-ın məlumatına görə, firma barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Hakim Zamiq Bağırovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Protokol təsdiq olunsa, "Babək" firması min beş yüz manat məbləğində cərimə ediləcək.
Şəbnəm Mehdizadə
