Məzmuna keç

“Azpetrol” cərimələndi

"Azpetrol Ltd" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. İşə hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Azpetrol Ltd" min beş yüz manat məbləğində cərimə ediləcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə