İnzibati məhkəmə icraatı qaydasında baxılan işlərin böyük əksəriyyəti iddiaçıların xeyrinə yekunlaşıb.
E-huquq.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin hesabatında bildirilib.
Statistikaya görə, 2011-ci ildə baxılmış işlərin 84%-i, 2015-ci ildə 83%-i, 2017-ci ildə 90%-i, 2019-cu ildə 70%-i, 2020-ci ildə 57%-i, 2021-ci ildə 64%-i, 2022-ci ildə isə 74%-i vətəndaşların xeyrinə yekunlaşıb.
"Bu hal bir tərəfdən inzibati məhkəmələrin vətəndaşların hüquqlarının müdafiəsində xüsusi rola malik olduğunun təsdiqi kimi qəbul edilə bilər", – hesabatda qeyd olunub.
