"Time Academy" Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.
E-huquq.az xəbər verir ki, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə protokol tərtib olunub.
İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Time Academy" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
