Məzmuna keç

Xırdalan Metal Konstruksiya iki şirkəti məhkəməyə verdi

Xırdalan Metal Konstruksiya şirkəti Zəyəm Texnologiyalar Parkını və "AZ Global Engineering" şirkətini məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edərək podrat müqaviləsi üzrə tələb irəli sürüb.

İddia hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə