Kürdəmir Süd Emalı Zavoduna cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, zavod barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. İş hakim Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunsa, Kürdəmir Süd Emalı Zavodu üç yüz manat məbləğində cərimə ediləcək.
Şəbnəm Mehdizadə
