"Leyla Medical Center" barədə protokol tərtib olunub.
E-huquq.az-ın məlumatına görə, klinika barədə İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə protokol tərtib olunub.
İşə Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Leyla Medical Center" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclası mayın 29-na təyin olunub.
Şəbnəm Mehdizadə
