Paytaxtda oğurluq etməkdə təqsirləndirilən İlqar Zamanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
İş hakim Hüseyn Hüseynlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, İ.Zamanov Binə və ətraf ərazilərdə 5 evdən oğurluq etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
