Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci məhkəməyə verilib.
E-huquq.az-ın məlumatına görə, "BİTKol+OM" MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək kollecə qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə tələb irəli sürüb.
İddia hakim Leyla Əliyevanın sədrliyi milə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
