64 yaşlı piyadanı avtomobillə vurub öldürən sürücünün məhkəməsi başlayır


  • 1 İyun 2023 16:37

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mahir İbişovun cinayət işi üzrə ibtidai istintaq baçşa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələllik məlum deyil.

Qeyd edək ki, hadisə Səbail rayonu M. Hüseynov küçəsində qeydə alınıb. Mahir İbişov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən 1959-cu il təvəllüdlü Murtuzəli Hacıyevi vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb. M.İbişova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər