Piyadanın ölümündə təqsirləndirilən "Baku Bus" MMC-nin sürücüsünün məhkəməsi başlayır


  • 1 İyun 2023 17:12

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Abuzər Ayvazovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplnanan cinayət işi materialları baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İş hakim Azər Tağıyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə fevralın 21-də Səbail rayonu ərazisində baş verib. Sürücü A.Ayvazov idarə etdiyi BMC markalı "Baku Bus" MMC-yə məxsus avtobusla piyada Sumqayıt şəhər sakini, 1955-ci il təvəllüdlü Qayıbov Qüdrət İdris oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. A.Ayvazova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər