- 19:04
Gədəbəydə həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Elməddin Abdullayevin cinayət işi üzrə ibtidai istintaq baş açatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Roman Ələkbərlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyunun 16-da keçiriləcək.
Qeyd edək ki, rayonun Şəkərbəy kəndində 1990-cı il təvəllüdlü Könül Eyvaz qızı Abdullayeva boyun nayihəsindən balta ilə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun ölümünə səbəb olmaqda şübhəli bilinən həyat yoldaşı - 1990-cı il təvəllüdlü Elməddin Mayor oğlu Abdullayev saxlanılıb. E.Abduallayeva qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə