- 19 Mart 12:33
Tərtərdə iki nəfərin qətlində təqsirləndirilən Asəf Məmmədovun cinayət işi üzrə itbidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Abdulla Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyunun 13-nə təyin olunub.
Qeyd edək ki, Fevralın 19-u saat Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair prokurorluğa məlumat daxil olub. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəbnəm Mehdizadə