Məzmuna keç

Əmlak Məsələləri Dövlət Xidməti MTK-nı məhkəməyə verdi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Hüquq" Mənzil-Tikinti Kooperativini (MTK) məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, Dövlət Xidməti MTK-ya qarşı icarə müqaviləsi üzrə tələb irəli sürüb.

İddia Bakı Kommersiya məhkəməsində hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə