Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, AAYDA barədə İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Binəqədi Rayon Məhkəməsinədə hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, agentlik üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələllik məlum deyil.
Şəbnəm Mehdizadə
