Məzmuna keç

Şəmkirdə bacısını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatdı

Şəmkirdə bacısını qətlə yetirməkdə təqsirləndirilən Şaiq Zahid oğlu Şəriflinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə fevral ayında Sabirkənd kəndində baş verib. 1995-ci il təvəllüdlü, 2 uşaq anası Qənirə Zahid qızı Şərifovanın qətlə yetirilməsi barədə prokurorluğa məlumat daxil olub. Hadisə qadının ata evində baş verib. Belə ki, qadın evdə olan zaman qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Zahid oğlu Şərifli ilə qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman qadın bıçaqlanıb. O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Ş.Şərifliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə