Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsinə görə "Məşəl" Mənzil-Tikinti Kooperativinə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, MTK barədə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, "Məşəl" MTK üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
