Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Anar Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan iş materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlq iclasının vaxtı hələllik məlum deyil.
Qeyd edək ki, hadisə Bakının Nizami rayonu, Q.Qarayev prospektində qeyd alıınıb. A.Ələkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada 60 yaşlı Mülkiyyə Məmmədovanı vuraraq hadisə yetindən qaçıb. Qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümükün olmayıb. A.Ələkbərova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
