Məzmuna keç

“Azərsu” məhkəməyə verildi

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, "Atrium" Mənzil-Tikinti Kooperativi Bakı Kommersiya Məhkəməsinə müraciət edərək "Azərsu"ya qarşı iddia qaldırıb. İşin mahiyyəti açıqlanmayıb.

İşə hakim Günay Namazovanın sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə